"Sumqayıt" öz rekordunu yenilədi -11 xala malikdir
Azərbaycan Premyer Liqasının lideri “Sumqayıt” klub tarixinin rekorduna imza atıb.
Sportfm.az xəbər verir ki, "gənclik şəhəri” təmsilçisi indiyədək heç vaxt çempionatda belə uğurlu start götürməyib.
Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 6 turdan sonra 11 xala malikdir. Bu da 2011/2012 mövsümündən Premyer Liqada çıxış edən Sumqayıtın eyniadlı təmsilçisinin rekordudur.
Komanda indiyədək heç vaxt ilk 6 turda 11 və ya daha çox xal toplamayıb. “Sumqayıt” bunadək startdakı 6 turda 2018/2019 mövsümündə 10, 2014/2015 mövsümündə 9 xal qazanıb.
"Sumqayıt"ın futbolçusu Rəhim Sadıxov isə Premyer Liqada mövsümün 50-ci qoluna imza atıb. O, "Zirə” ilə ev matçında fərqlənib.
Ümumilikdə, cari mövsümün baş tutan 23 qarşılaşmasında 52 top vurulub. Orta məhsuldarlıq 2,26-ya bərabərdir.
Qeyd edək ki, mövsümün ilk qolunu avqustun 21-də “Sumqayıt”la səfər oyununda “Keşlə”nin futbolçusu Azər Salahlı vurub.
Oxşar xəbərlər
30-cu səfər qələbəsi - Azərbaycan Premyer Liqası
“Sumqayıt”dan 70-ci qələbə
“Sumqayıt”dan 250-ci qol
“Sumqayıt”dan rekord qələbə
Cavid İmamverdiyev tarixə düşdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası