reklam
Millimizin futbolçusu ifadə verdi -
Sportfm.az xəbər saytı

Millimizin futbolçusu ifadə verdi -"Mənim həmin videonu yaymağım mümkün deyil"


2016-cı ildə İspaniya "Eybar"ında çıxış edərkən sabiq komanda yoldaşları Serxio Enriç və Antonio Lunanın bir xanımla cinsi əlaqə videosunu yaymaqda ittiham olunan Azərbaycan millisinin və "Albasete"nin futbolçusu Eddi İsrafilov bu gün məhkəmədə ifadə verib.

Sportfm.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi məsələ ilə heç bir əlaqəsinin olmadığını söyləyib.

"Serxio həmişə "Whatsapp" qrupunda belə şeylər paylaşırdı. Bu da həmin videolardan biri idi. Enriç özünü göstərməyi xoşladığı üçün belə edirdi. Mənim həmin videonu yaymağım mümkün deyil. Zərərçəkmişi başa düşürəm. Amma bu məsələ ilə heç bir əlaqəm yoxdur".

S.Enriç və A.Luna isə İsrafilovu günahlandırıblar: "100 faiz əminik ki, videonu Eddi yayıb. Çünki bunu yalnız ona göndərmişdik".

Qeyd edək ki, hazırda məhkəmə iclası davam edir. Azərbaycanlı futbolçunun günahı sübuta yetirilsə, onu 2 illik həbs cəzası gözləyir.

 

Oxşar xəbərlər

Klubu İsrafilovla bağlı tədbir görəcək
Millimizin futbolçusu məhkəmə qarşısına çıxacaq - 3 il həbsi gözlənilir
Millimizin üzvü həbs edilir? - Seks qalmaqalı
Millimizin üzvünü boykot etdilər: o bizim komandada ola bilməz!
Eddi İsrafilov həbs edilir?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər