Millimizin üzvünü boykot etdilər:o bizim komandada ola bilməz!
Azərbaycan millisinin və İspaniya Sequndasında çıxış edən "Alkorkon" klubunun yarımmüdafiəçisi Eddi İsrafilovla bağlı qalmaqal davam edir.
Sportfm.az xəbər verir ki, 26 yaşlı futbolçu "Eybar" klubunda çıxış etdiyi vaxt komanda yoldaşları - Serxio Enrix və Antonio Lunanın iştirakı ilə olan seksual məzmunlu videonu yaymaqla günahlandırılır. Enrix və Luna ilə intim əlaqədə olan 17 yaşlı qız bunu videoya çəkməməyi xahiş etsə də, onlar nəinki buna əməl ediblər, üstəlik, sonradan videonu Eddi İsrafilova ötürüblər. İsrafilov isə həmin videonu sosial şəbəkədə paylaşdıqdan sonra silmişdi. Enrix və Lunanı çətin vəziyyətə salan millimizin üzvü məhkəmədə günahını danıb.
Enrix, Luna və İsrafilovu 2 ildən 5 ilədək həbs cəzası gözləyir. Məhkəmə prosesi iki ilə yaxındır ki, davam edir və yaxınlarda yekun qərarın veriləcəyi gözlənilir.
Azarkeşlər isə klubun bazasının yaxınlığında Eddiyə qarşı pankratlar hazırlayıblar. Komandanın fanatları “Porno video yayan bizim komandada ola bilməz!”, “Onu tezliklə qovmaq lazımdır” – kimi şüarlar səsləndrirlər. Lakin Paskualın iki illik müqaviləsi mövcuddur.
Qeyd edək ki, Eddi İsrafilov 2015-ci ildə Azərbaycan millisinə dəvət alıb. Yığmamızın baş məşqçisi Qurban Qurbanov "Alkorkon"da möhkəmlənə bilməyən futbolçuya dəvət göndərməyib.
Oxşar xəbərlər
Yığmamızın oyunçusu bəraət qazandı - İki futbolçu həbs olundu
Millimizin futbolçusu ifadə verdi - "Mənim həmin videonu yaymağım mümkün deyil"
Millimizin futbolçusu məhkəmə qarşısına çıxacaq - 3 il həbsi gözlənilir
Millimizin üzvü həbs edilir? - Seks qalmaqalı
Eddi İsrafilov həbs edilir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası