Millimizin üzvü həbs edilir? -Seks qalmaqalı
Azərbaycan millisinin və İspaniya Sequndasında çıxış edən "Albasete" klubunun yarımmüdafiəçisi Eddi Silvestr Paskual İsrafilov həbs oluna bilər.
Sportfm.az xəbər verir ki, 27 yaşlı futbolçu ömrünün 3 ilini dəmir barmaqlıqlar arxasında keçirə bilər.
O, "Eybar" klubunda çıxış etdiyi vaxt komanda yoldaşları - Serxio Enrix və Antonio Lunanın iştirakı ilə olan seksual məzmunlu videonu yaymaqla günahlandırılır. Enrix və Luna ilə intim əlaqədə olan 17 yaşlı qız bunu videoya çəkməməyi xahiş etsə də, onlar nəinki buna əməl ediblər, üstəlik, sonradan videonu Eddi İsrafilova ötürüblər. İsrafilov isə həmin videonu sosial şəbəkədə paylaşdıqdan sonra silmişdi. Enrix və Lunanı çətin vəziyyətə salan Eddinin taleyi qaranlıqdır.
Enrix, Luna və İsrafilovu 2 ildən 5 ilədək həbs cəzası gözləyir. Məhkəmə prosesi 3 ilə yaxındır ki, davam edir və yaxınlarda yekun qərarın veriləcəyi gözlənilir.
Eybar şəhər məhkəməsi işi baxışa göndərib. Prokurorluq Eddi İsrafilova 3 il həbs cəzası istəyib.
Eddi İsrafilov 2015-ci ildə Azərbaycan millisinə dəvət alıb.
Oxşar xəbərlər
Yığmamızın oyunçusu bəraət qazandı - İki futbolçu həbs olundu
Millimizin futbolçusu ifadə verdi - "Mənim həmin videonu yaymağım mümkün deyil"
Millimizin futbolçusu məhkəmə qarşısına çıxacaq - 3 il həbsi gözlənilir
Millimizin üzvünü boykot etdilər: o bizim komandada ola bilməz!
Eddi İsrafilov həbs edilir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası