Millimizin futbolçusu məhkəmə qarşısına çıxacaq -3 il həbsi gözlənilir
Azərbaycan millisinin və İspaniyanın "Albasete" klubunun futbolçusu Eddi İsrafilov məhkəmə qarşısına çıxacaq.
Sportfm.az "futbolbalear.es" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 2016-cı ildə "Eybar"da çıxış edərkən sabiq komanda yoldaşları Serxio Enriç və Antonio Lunanın bir xanımla cinsi əlaqə videosunu yaymaqda ittiham olunur.
İsrafilovla yanaşı, sözügedən oyunçular barədə də qərar veriləcək. Günahları sübuta yetirilərsə, Enriç və Luna 5 il, İsrafilov isə 3 il müddətinə azadlıqdan məhrum oluna bilərlər. Onlar eyni zamanda zərərçəkmişə təzminat da ödəməli olacaqlar.
San-Sebastyan cinayət məhkəməsinin iclası oktyabrın 14-də olacaq.
Qeyd edək ki, Eddi İsrafilov 2015-ci ildən Azərbaycan millisində çıxış edir.
Oxşar xəbərlər
Millimizin futbolçusu ifadə verdi - "Mənim həmin videonu yaymağım mümkün deyil"
Klubu İsrafilovla bağlı tədbir görəcək
Millimizin üzvü həbs edilir? - Seks qalmaqalı
Millimizin üzvünü boykot etdilər: o bizim komandada ola bilməz!
Eddi İsrafilov həbs edilir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası















Misli Premyer Liqası