reklam
Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş yarış keçirildi -
Sportfm.az xəbər saytı

Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş yarış keçirildi -FOTO


Azərbaycan Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə oğlanlar arasında həndbol turniri keçirilib.

Sportfm.az xəbər verir ki, Şağan Olimpiya İdman Kompleksinin açıq meydançasında keçirilən turnir 18 oktyabr - Azərbaycanın Müstəqillik Gününə həsr olunub. Yarışda 12 təşkilatdan 22 komanda mübarizə aparıb.

Turnirdə xüsusi, yardımçı internatlar, sosial müəssisə və inklüziv orta məktəblərin məzunlarından ibarət komandaların tərkibində həm UNIFIED (inklüziv birləşmiş), həm də əqli imkanları məhdud idmançılar mübarizə aparıblar.

Sonda yüksək nəticə göstərən komandalar mükafatlandırılıblar.

 

Oxşar xəbərlər

Milli Mətbuat Gününə həsr edilmiş yarış keçirildi - FOTOLAR
Azərbaycan birinciliyi keçiriləcək
Göygöldə beynəlxalq turnir keçiriləcək - Cüdo üzrə
Baş məşqçiyə mənzil verildi - FOTO
Autizmlilərə dəstək olaraq velosiped yarışı keçirildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər