Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Emreli millimizin düşərgəsindən ayrıldı -Monteneqroya qarşı oynamayacaq
"Qarabağ"ın futbolçusu Mahir Emreli Monteneqro və Kiprlə UEFA Millətlər Liqasının oyunlarına hazırlaşan Azərbaycan yığmasının düşərgəsini tərk edib.
Sportfm.az xəbər verir ki, 23 yaşlı hücumçu təlim-məşq toplanışında iştirakını dayandırıb.
Səbəb kimi Emrelinin zədəli olması göstərilib. Daha əvvəl isə onun cəza üzündən Monteneqro ilə qarşılaşmada iştirak etməyəcəyi müəyyənləşmişdi.
Qeyd edək ki, Azərbaycan millisi Monteneqro ilə oktyabrın 10-da Podqoritsada, Kiprlə isə oktyabrın 13-də Albaniyanın Elbasan şəhərində qarşılaşacaq.
Oxşar xəbərlər
Azərbaycan - Monteneqro matçının yeri dəyişdirildi - UEFA açıqladı
Azərbaycan - Monteneqro oyununun keçiriləcəyi ölkə açıqlandı
Millimiz Kiprlə oyuna itki ilə çıxacaq - Sarı vərəqə
Yığmamızda 2 yeni futbolçu - SİYAHI
UEFA Mahiri cəzalandırdı - 2 oyunluq cəza
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası