reklam
Zakir Həsənovdan növbəti döyüş tapşırığı
Sportfm.az xəbər saytı

Zakir Həsənovdan növbəti döyüş tapşırığı


Oktyabrın 6-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xüsusi xidməti müşavirə keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, müşavirədə aparılan əks-hücum əməliyyatında hazırda mövcud olan vəziyyət təhlil olunaraq düşmən qüvvələrinin planlı, məqsədyönlü və ardıcıl darmadağın edilməsinin davam etdirilməsi tapşırılıb.

Müdafiə naziri qoşunlara azad olunmuş ərazilərdə həyati əhəmiyyətli və ilkin zəruri tədbirlərin görülməsinə göstəriş verib.
Müdafiə naziri düşmən tərəfindən “İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda adekvat tədbir görüləcəyini bildirib. Nazir Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib.

Oxşar xəbərlər

Düşmənin hərbi hissəsi ələ keçirildi - VİDEO
Düşmənin xeyli sayda hərbi texnikası məhv edilib və ələ keçirildi - VİDEO
Ordumuzdan daha bir uğurlu əməliyyat
Düşmənin məhv edilən döyüş texnikaları - SİYAHI
Düşmənin Ağdərədə yerləşən qərargahına zərbə endirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər