reklam
Avropa çempionatlarına Türkiyə ev sahibliyi edəcək -
Sportfm.az xəbər saytı

Avropa çempionatlarına Türkiyə ev sahibliyi edəcək -Bakıdan alındı


Avropa Gimnastikası Bakıda keçirilməli olan Avropa çempionatları ilə bağlı yekun qərarını açıqlayıb.

Sportfm.az xəbər verir ki, təşkilatın İcra Komitəsinin onlayn keçirilmiş iclasında kişi və qadın idman gimnastikası üzrə Avropa çempionatlarına ev sahibliyi məsələsi müzakirə edilib.

Azərbaycan Gimnastika Federasiyasından bu ölkədə COVID-19 pandemiyası ilə əlaqədar 2020-ci ilin sonunadək geniş miqyaslı tədbirlərin keçirilə bilməyəcəyi barədə məlumat aldıqdan sonra İcra Komitəsi sözügedən yarışların Türkiyənin Mersin şəhərində təşkilinə qərar verib.

Çempionatların tarixi və formatı olduğu kimi qalacaq. Kişilərin qitə birinciliyinin dekabrın 9-13-də, qadınların yarışının isə həmin ayın 17-20-də keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, çempionatlar Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşımayaq.

Oxşar xəbərlər

Avropa çempionatları Bakıdan alındı - RƏSMİ
Gimnastlar Bakıda mübarizə aparacaqlar - Lisenziyalar uğrunda
Gimnastlar Bakıda mübarizə aparacaq - Lisenziyalar uğrunda
Avropa çempionatı Bakıda keçiriləcək - İdman gimnastikası üzrə
Bakıda Dünya Kuboku

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər