Gimnastlar Bakıda mübarizə aparacaqlar -Lisenziyalar uğrunda
Dekabrda Milli Gimnastika Arenası daha bir qitə birinciliyinə ev sahibliyi edəcək. Kişi idman gimnastlarının yarışından dərhal sonra bu dəfə arena öz qapılarını qadın idman gimnastları üçün açacaq.
Sportfm.az xəbər verir ki, qadın idman gimnastikası üzrə 33-cü Avropa çempionatının dekabrın 17-20-də keçirilməsi planlaşdırılır.
Qadınların qitə birinciliyinin daha öncə aprelin 30-dan mayın 3-dək Parisdə (Fransa) keçirilməsi nəzərdə tutulmuşdu. Lakin bütün dünyada yayılmış COVID-19 pandemiyası ilə əlaqədar olaraq bu yarış da təxirə salındı. Fransa Gimnastika Federasiyası isə çempionatı daha sonrakı tarixlərdə təşkil edə bilməyəcəyini bildirdi.
Bundan sonra Azərbaycan Gimnastika Federasiyasının istəyi əsasında “Avropa Gimnastikası” yarışın Bakıda keçirilməsinə qərar verdi.
Yarışın formatı planlaşdırıldığı kimi qalacaq və Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Belə ki, çempionat “Tokio-2020”yə hələ vəsiqə qazanmamış bəzi gimnastlar üçün lisenziya əldə etmək şansı verəcək.
Qeyd edək ki, kişi idman gimnastikası üzrə Avropa çempionatı isə dekabrın 9-13-də keçiriləcək.
Oxşar xəbərlər
Avropa çempionatlarına Türkiyə ev sahibliyi edəcək - Bakıdan alındı
Gimnastlar Bakıda mübarizə aparacaq - Lisenziyalar uğrunda
Azərbaycan ilk dəfə - Avropa çempionatına ev sahibliyi edəcək
Azərbaycan daha bir ilkə imza atacaq
Bakıda Dünya Kuboku
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası