reklam
Avropa çempionatları Bakıdan alındı -
Sportfm.az xəbər saytı

Avropa çempionatları Bakıdan alındı -RƏSMİ


Avropa Gimnastikası İcraiyyə Komətisinin iclası keçirilib. 

Sportfm.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, onlayn şəkildə təşkil edilmiş toplantıda idman gimnastikası üzrə həm kişilər, həm də qadınlar arasında Avropa çempionatı müzakirə edilib. 

Azərbaycan Gimnastika Federasiyası ilin sonuna kimi ölkədə koronavirus səbəbindən heç bir böyük tədbirin keçirilə bilməyəcəyini bəyan edib. İcraiyyə Komitəsi isə hər iki yarışın Türkiyənin Mersin şəhərində təşkil edilməsi ilə bağlı qərar verib.

Kişilər arasındakı Avropa çempionatı 9 - 13 dekabrda, qadınların mübarizəsi isə 17 - 20 dekabrda gerçəkləşəcək və Tokio olimpiadasına lizenziya xarakteri daşımayacaq. 

Qeyd edək ki, Avropa Gimnastikası iyunun əvvəlində qitə turnirlərinin Bakıda keçirilməsi ilə bağlı qərar vermişdi. 

 

Oxşar xəbərlər

Avropa çempionatlarına Türkiyə ev sahibliyi edəcək - Bakıdan alındı
Gimnastlar Bakıda mübarizə aparacaqlar - Lisenziyalar uğrunda
Avropa çempionatı Bakıda keçiriləcək - İdman gimnastikası üzrə
Bakıdakı Avropa Çempionatı ləğv edildi
İki Avropa çempionatı Azərbaycanda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər