reklam
Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbaycan Ordusuna dəstək oldu -
Sportfm.az xəbər saytı

Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbaycan Ordusuna dəstək oldu -FOTO


Ermənistanın növbəti təxribatının qarşısını almaq məqsədilə əks-hücuma keçən Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda düşmənə sarsıdıcı zərbələr endirərək torpaqlarımızı düşməndən təmizləməkdə davam edir.

Sportfm.az xəbər verir ki, ordumuza dəstək məqsədilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən oktyabrın 5-də ordu qərargahına yüksək keçidli avtomobillər kateqoriyasına aid, texniki imkanları hərbi nəqliyyat vasitələrinə uyğun olan “Mitsubishi Pick-up L200” avtomobili təqdim olunub. Həmçinin akademik, inzibati heyət və tələbələr döyüş bölgəsindəki əsgərlərimizə dəstək məqsədilə ürək sözlərini əks etdirən əsgərə məktublar yazıb, Akademiya tərəfindən hazırlanan hədiyə paketlərinə əlavə edərək cəbhə bölgəsinə göndəriblər.

Oxşar xəbərlər

Bu gün Azərbaycanda Anım Günüdür
Qarabağda idmanla bağlı yeni təhsil klasteri yaradılacaq
AMADA Ordumuza dəstək verdi
AGİN və AFFA ordumuza dəstək oldu - FOTOLAR
Həmkarlar İttifaqı bəyanat yaydı - "Qələbə bizimlədir, Qarabağ Azərbaycanındır!"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər