Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Həmkarlar İttifaqı bəyanat yaydı -"Qələbə bizimlədir, Qarabağ Azərbaycanındır!"
Cəbhədə gedən döyüşlərlə əlaqədar AFFA Həmkarlar İttifaqı bəyanat yayıb.
Sportfm.az xəbər verir ki, bəyanatda Həmkarlar İttifaqı ordumuza dəstək olduğunu bildirib:
"Məlum olduğu kimi, sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələri cəbhə boyu təxribat törədərək Azərbaycanın həm hərbi, həm də mülki obyektlərini hədəf alıb. Məhz bu səbəbdən düşmənin silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. İki gündür davam edən döyüşlər zamanı Azərbaycan ordusu böyük uğurlar qazanaraq həm düşmənə ağır zərbələr endirib, həm də bir sıra yaşayış mənqətələrimizi, vacib yüksəklikləri erməni işğalından azad edib. Ordumuzun işğal altında olan digər torpaqlarımızın azad olunmasına hesablanmış əks-hücumları uğurlar davam edir. Belə bir dönəmdə vəzifəsindən, yaşından, kimliyindən asılı olmayaraq bütün Azərbaycan əhalisi ordumuza dəstək nümayiş etdirir. AFFA Həmkarlar İttifaqı olaraq bildiririk ki, biz də bu həssas və şərəfli dönəmdə ordumuzun yanındayıq.
Bəyan edirik ki, Ali Baş Komandan İlham Əliyevin əmrinə müntəzir olaraq, hər an döyüşə hazırıq və şübhə etmirik ki, şanlı ordumuzun gücü sayəsində ən yaxın zamanda üçrəngli bayrağımız Şuşada, Xankəndində və işğal altında olan digər torpaqlarımızda dalğalanacaq. Qələbə bizimlədir, Qarabağ Azərbaycanındır!".
Oxşar xəbərlər
Bu gün Azərbaycanda Anım Günüdür
Azərbaycan cüdo ictimaiyyəti bəyanat yaydı
Gənclər və İdman Nazirliyi bəyanat yaydı
Nazim Süleymanov AFFA-nın cavabını verdi
Nazim Süleymanov sədr seçildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı















Misli Premyer Liqası