• 08:34 Şənbə
    1 Aprel 2023
  • OLİMPİZM
  • Voleybol
  • Futbol
  • Güləş
  • Cüdo
  • Boks
  • Futzal

  • Uşaq futbolu
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar
    • Footvolley
    • Teqball
reklam
reklam
Paralimpiya çempionlarımız dünya ictimaiyyətinə müraciət etdi -

Paralimpiya çempionlarımız dünya ictimaiyyətinə müraciət etdi - Erməni vandalizmi ilə bağlı

Ermənistan silahlı qüvvələri sentyabrın 27-də səhər saatlarından başlayaraq Azərbaycana qarşı genişmiqyaslı hücuma başlayıb, yeni ərazilərimizi işğal etmək məqsədilə təmas xətti boyunca ordumuzun mövqelərini və mülki əhalinin yaşadığı əraziləri artilleriya atəşinə tutub. Düşmənin mülki əhalini hədəfə alması nəticəsində ikisi azyaşlı olmaqla 16 dinc sakin həyatını itirib, 55 nəfər ağır yaralanıb. Dinc əhalinin əmlakına külli miqdarda ziyan dəyib.

Sportfm.az xəbər verir ki, bu faktlar Paralimpiya çempionlarımız – İlham Zəkiyev, Oleq Panyutin, Oloxan Musayev, Afaq Sultanova, Natali Pronina, Ramin İbrahimov və Ramil Qasımovun dünya ictimaiyyətinə müraciətində əksini tapıb.

Müraciətdə qeyd olunub ki, Azərbaycan Ordusu işğalçı qüvvələrin növbəti həmləsini dəf edərək əks-hücum əməliyyatına başlayıb. İşğalçı Ermənistan ordusu bütün cəbhəboyu geri çəkilməyə məcbur edilib. Məğlubiyyətə uğrayan işğalçı Ermənistan ordusu çarəni dinc əhaliyə atəş açmaqda görür. Bununla Ermənistan silahlı qüvvələri əks-hücuma keçən Azərbaycan Ordusunun diqqətini yayındırmaq və işğalı daha uzun müddətə davam etdirmək istəyir.

Ermənistan silahlı qüvvələri artıq 30 ilə yaxındır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətrafındakı yeddi rayonu işğal altında saxlayır. Bu işğal nəticəsində Azərbaycanın 1 milyondan çox vətəndaşı yaşadıqları ərazilərdən qovulub. Onlar 30 ilə yaxındır ki, qaçqın və məcburi köçkün vəziyyətində yaşayırlar.

Beynəlxalq ictimaiyyətə Ermənistanın növbəti təxribatlarına susmaması barədə çağırış ünvanlayan Paralimpiya çempionlarımızın müraciətində bildirilib: “Biz Paralimpiya çempionları, dünya ictimaiyyətini Ermənistanın növbəti təxribatlarına susmamağa çağırırıq. Azərbaycan Ordusu işğal altındakı ərazilərimizi geri qaytarmaq və doğma yurdlarından didərgin düşmüş insanları öz ata yurdlarına qovuşdurmaq üçün mübarizə aparır. Azərbaycan Ordusu dinc sakinlərin yaşamaq hüququ uğrunda mübarizə aparır.

Azərbaycanın Paralimpiya çempionları olaraq biz dünya ictimaiyyətini Ermənistanın işğalçı siyasətinə qarşı dözümlü yanaşmamağa çağırır, Azərbaycanın haqq işini dəstəkləməyi tələb edirik. Bizim ordumuz başqa bir ölkənin ərazilərini işğal etməyib. Bizim işimiz haqq işidir”.

 

скачать dle 10.4 UTF-8Forex для начинающих

1-10-2020
521
REKLAM
Biz İzləyin
Bizi Telegram-da oxuyun və İzləyin.
Bizi Twitter-da oxuyun və İzləyin.
Bizi İnstagram-da oxuyun və İzləyin.
Bizi Facebook-da oxuyun və İzləyin.
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
10-11-2020
Prezident Azərbaycanın qələbəsini elan etdi!
Prezident Azərbaycanın qələbəsini elan etdi!
16-10-2020
"Ermənistan terror təşkilatı kimi davranır" - Fil Şarples
8-10-2020
Maksim Medvedev Henrix Mxitaryana cavab verdi
Maksim Medvedev Henrix Mxitaryana cavab verdi
8-10-2020
Goranboy və Gəncə yenə atəşə tutuldu -
Goranboy və Gəncə yenə atəşə tutuldu - Ölən var
4-10-2020
Düşmən Gəncəni atəşə tutdu
Düşmən Gəncəni atəşə tutdu
1-10-2020
Azad Rəhimov beynəlxalq təşkilatlara məktub ünvanladı
Azad Rəhimov beynəlxalq təşkilatlara məktub ünvanladı
1-10-2020
"Ermənistan hökuməti qəsdən müharibə yolunu seçdi" - Şəhriyar Məmmədyarov
1-10-2020
Tərtər avtovağzalına top mərmisi düşdü, ölən var -
Tərtər avtovağzalına top mərmisi düşdü, ölən var - Baş Prokurorluq
30-09-2020
"Azərbaycan Ordusu işğal altındakı torpaqları azad edəcək" - Şərif Şərifov
30-09-2020
Həmkarlar İttifaqı bəyanat yaydı -
Həmkarlar İttifaqı bəyanat yaydı - "Qələbə bizimlədir, Qarabağ Azərbaycanındır!"
29-09-2020
Azərbaycan cüdo ictimaiyyəti bəyanat yaydı
Azərbaycan cüdo ictimaiyyəti bəyanat yaydı
28-09-2020
Gənclər və İdman Nazirliyi bəyanat yaydı
Gənclər və İdman Nazirliyi bəyanat yaydı
15-06-2019
İkiqat paralimpiya çempionu beynəlxalq Konfransda çıxış etdi -
İkiqat paralimpiya çempionu beynəlxalq Konfransda çıxış etdi - FOTO
24-12-2018
Dağlıq Qarabağın Azərbaycanlı İcması etiraz məktubu göndərdi -
Dağlıq Qarabağın Azərbaycanlı İcması etiraz məktubu göndərdi - Onlar narahatdır
26-04-2017
"Qarabağ"ın siyasi şahmat adlandırılması yanlışdır" - RƏSMİ AÇIQLAMA
  Xəbər lenti
Dünya çempionunun başı dərddə - təcavüzdə günahlandırılır 31.03.2023, 23:36
İlk gün bizim üçün uğurlu olmadı - “Böyük Dəbilqə” 31.03.2023, 22:39
Dünya Çempionatında 4 idmançı ilə təmsil olunacağıq 31.03.2023, 22:27
Azərbaycan Türkiyənin qarşısına bu heyətlə çıxacaq - SİYAHI 31.03.2023, 21:07
"Turan Tovuz" 2-3 "Sumqayıt" - VİDEO 31.03.2023, 18:38
Azərbaycan yığması Skopyeyə gedəcək - Yoxlama oyunları üçün 31.03.2023, 18:35
Dördqat dünya çempionu müharibədə həlak oldu 31.03.2023, 18:29
Rəcəbov mövqeyini qorudu, Məmmədyarov gerilədi - FİDE reytinqi 31.03.2023, 17:36
“Turan Tovuz” “Sumqayıt”a uduzdu - Misli Premyer Liqası 31.03.2023, 17:28
BÜTÜN XƏBƏRLƏR
Misli Premyer Liqası
№ Komanda o x
1 Qarabağ  27 71
2 Sabah 27 62
3 Neftçi 27 56
4 Zirə 27 37
5 Qəbələ  27 36
6 Turan 27 28
7 Kəpəz 27 22
8 Sumqayıt  27 21
9 Şamaxı  27 20
10 Səbail  27 18
Ətraflı
6-03-2023
"Leon Baku" FC pley-offda - UĞUR
22-03-2023
Uzun müddətli hazırlıq mərhələlərinin qısa təsviri
Uzun müddətli hazırlıq mərhələlərinin qısa təsviri
1-03-2023
Futbolçunun fiziki və texniki hazırlığı
Futbolçunun fiziki və texniki hazırlığı
22-03-2023
Messinin şam etdiyi restoranın qarşısında izdiham -
Messinin şam etdiyi restoranın qarşısında izdiham - VİDEO
12-03-2023
"Qalatasaray" klubu "Qarabağ"la qarşılaşa bilər
15-03-2023
Günün canlı yayımlanacaq qarşılaşmaları -
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
28-03-2023
CBC SPORT 12 nəfəri işdən çıxardı! - Nələr baş verir? -
CBC SPORT 12 nəfəri işdən çıxardı! - Nələr baş verir? - ÖZƏL
28-03-2023
Emin Mahmudov
Emin Mahmudov "Neftçi"ni tərk etmək istəyir! - Səbəb isə...
3-03-2023
Luka cəzalandı -
Luka cəzalandı - Amma şərti
6-03-2023
Kikboksçular bu dəfə
Kikboksçular bu dəfə "Abşeron"a toplaşır - "Mübarizlər" turniri
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz-Naxçıvan 13 37
2 EKOL 13 30
3 Neftçi İK 13 25
4 Baku Fire 13 22
5 Record club.az 13 12
6 Alyans 13 12
7  U-19 13 9
8 Xilə 13 6
       
       
Ətraflı
№ Komanda o x
1 Araz Naxçıvan 5 15
2 MOİK 5 11
3 Turan Tovuz-2 4 9
4 Qəbələ-2 5 9
5 Neftçi-2 4 9
6 Qarabağ-2 5 7
7 Zirə-2 4 7
8 Şamaxı-2 5 7
9 Qaradağ Lökbatan 5 6
10 Mingəçevir 5 6
11 Səbail-2 4 6
12 Zaqatala 5 6
13 Sumqayıt-2 4 3
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Məmmədov Ülvi tərəfindən yığılıb