reklam
Sportfm.az xəbər saytı

"Canavar" rekord qırdı -FOTO


Rusiyadan ABŞ-ın Florida ştatına köçən Oksana Piari universitet illərindən bodibildinqlə məşğul olur.
Sportfm.az xəbər verir ki, 20 ildi bu idman növü ilə məşğul olan 38 yaşlı idmançı "Canavar" ləqəbini qazanıb.
Bir çox yarışlarda uğur qazanan iki uşaq anası Şimali Amerika çempionatında 200 kq ağırlığı qaldıraraq rekord qırıb və bu sahədə ilk rus idmançı olub.
Oksana özündən 4 yaş kiçik həyat yoldaşı ilə universitetdə tanış olub və bundan sonra bodibildinqlə məşğul olmağa başlayıb. "Onunla idman salonunda tanış olduq. Bundan sonra əzələlərim böyüməyə başladı. Həyat yoldaşım mənim üçün ilham qaynağı oldu. Fiziki mükəmməlliyə çatmaq üçün bir-birimizə dəstək oluruq" deyə 38 yaşlı idmançı bildirib.
İdmançı sağlam qidalanma və gündə 3 saat güc artırıcı məşqlərlə bu səviyyəyə çatdığını bildirib: "Bədənimi görən məndən qorxur. ABŞ-da mənə "Canavar qadın" deyirlər. Kişilər məni belə vicuda sahib olduğum üçün qısqanır". (fanat.az)

 

Oxşar xəbərlər

İdmançı trenajor zalında öldü - Azərbaycanda
"İdmançının həyat yoldaşı olmaq asan deyil" - İrina Kindzerska
"Dul qadınsan, zalda nə işin var?" sözlərini qulaqardına vurdu, ölkə çempionu oldu - Həyat hekayəsi
"Ağ canavar" - Eduard Məmmədov
"Bir gündə mənə iki mələk bəxş olundu" - "Ağ canavar"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər