reklam
Velosipedçimiz üçüncü oldu -
Sportfm.az xəbər saytı

Velosipedçimiz üçüncü oldu -Türkiyədə


Azərbaycanın şose velosipedi üzrə elit yığma komandasının üzvü Elçin Əsədov Türkiyədə keçirilmiş 1.2 kateqoriyalı “Grand Prix Velo Erciyes” yarışında üçüncü olub.

Sportfm.az xəbər verir ki, “Bahrain Cycling Academy” kontinental komandasının heyətində mübarizə aparan Əsədov birgünlük yarışda 3-cü nəticə göstərib. Velosipedçi 176 km məsafəni 4 saat 11 dəqiqə 26 saniyəyə başa vurmaqla reytinqinə 25 xal da əlavə edib.

Yarışa baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında qatılan yığmanın digər üzvlərindən ən yaxşı nəticəyə Samir Cəbrayılov imza atıb. O, 78 velosipedçi arasında 18-ci ola bilib.

 

Oxşar xəbərlər

Yığmamızın daha bir üzvü Türkiyə klubunda - Müqavilə
Velosipedçilərimiz beynəlxalq turnirdə iştirak edəcək - 6 yarışda mübarizə aparacaqlar
Velosipedçimiz çempion oldu
Azərbaycanın "Tokio-2020"yə qazandığı lisenziya xalı 43-ə yüksəldi
Velosiped yığmamız mövsümdə ilk qələbəsini qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər