reklam
Azərbaycanın
Sportfm.az xəbər saytı

Azərbaycanın "Tokio-2020"yə qazandığı lisenziya xalı 43-ə yüksəldi


Ukraynanın Çabanı şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı birgünlük “Çabanı Turu” keçirilib. 

Sportfm.az xəbər verir ki, yarışda Azərbaycanın Elit yığmasının 2 üzvü – Ukraynanın "Lviv" kontinental klubunda çıxış edən Elçin Əsədov və Belarusun “Minsk” kollektivinin velosipedçisi Samir Cəbrayılov da mübarizə aparıb. 

133 km məsafəni 3 saat 20 dəqiqə 27 saniyəyə qət edən Elçin Əsədov finiş xəttini 10-cu keçib və bununla da Azərbaycanın reytinqinə 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün daha 3 lisenziya xalı qazandırıb. 

Əsədov həm də şərəfini qoruduğu “Lviv”in yarışda iştirak edən üzvləri içərisində ən yüksək nəticə göstərib. Cəbrayılov isə 17-ci olub. 

Yarışda starta çıxan 89 iştirakçıdan yalnız 39-u finişə çatıb. Qarşıdakı günlərdə ölkə velosipedçilərini Ukraynada keçiriləcək və olimpiadaya lisenziya xalları verəcək. 

1.2 kateqoriyalı daha 3 yarış gözləyir. Azərbaycan indiyədək velosiped idmanında "Tokio-2020"yə 43 lisenziya xalı qazanıb. 

 

Oxşar xəbərlər

Velosipedçimiz üçüncü oldu - Türkiyədə
İdmançılarımız ölkə reytinqinə növbəti xalları qazandırdı
Azərbaycanlı idmançı ölkə reytinqinə xal qazandırdı
Velosiped yığmamız mövsümdə ilk qələbəsini qazandı
"Synergy Baku”dan mövsümdə ilk qalibiyyət

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər