"Bu gün bütün futbolçularımızın səsini eşitdik" -Canni De Byazi
"Ən vacib məsələ odur ki, bu gün meydanda sonadək 11 futbolçu ilə qaldıq. Eyni zamanda, ötən matçla müqayisədə bir neçə dəyişiklik etdik. Həmin qarşılaşmada bəzi məqamlar xoşuma gəlməmişdi. Baxmayaraq ki, bu, Azərbaycan millisində ilk matçım idi. Heç yoldaşlıq görüşlərində belə, oynamaq imkanımız olmamışdı".
Sportfm.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının II turunda səfərdə Kiprə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis bildirib ki, bu gün komandanın heyətində iki yeni nəfəs var idi: "Bu gün meydanda sonadək mübarizə apardıq. Düşünürəm ki, komandam yaxşı oyun göstərdi. Abbas Hüseynov və Rəhim Sadıxovun çıxışı çox xoşuma gəldi. Belə futbolçularımız çoxdur, onları yavaş-yavaş heyətə qatacağıq".
64 yaşlı baş məşqçinin sözlərinə görə, tribunada olan millinin digər oyunçuları komandaya çox dəstək olub: "Onların da səsləri eşidilirdi. Komanda yalnız meydana çıxan 11 nəfərdən ibarət deyil. Bu gün bütün 25 futbolçumuzun səsini eşitdik".
Oxşar xəbərlər
"Futbolçular alqışa layiqdir" - De Byazi
"Standart vəziyyətdən qol buraxdıq" - Canni De Byazi
"Futbolçularda qalib psixologiyasını formalaşdırmalıyıq" - De Byazi
“Sabah ən yaxşı heyətimiz meydanda olacaq” - Canni De Byazi
"Xeyli problemlərimiz var" - Stanimir Stoilov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası