reklam
Sportfm.az xəbər saytı

"Xeyli problemlərimiz var" -Stanimir Stoilov


"Qələbə münasibəti ilə komandanı, azarkeşlərimizi təbrik etmək istəyirəm. Futbolçularımız göstərdi ki, futbol oynamağı bacarırlar". 

Sportfm.az xəbər verir ki, bu sözləri Qazaxıstan millisinin baş məşqçisi Stanimir Stoilov deyib. Bolqarıstanlı mütəxəssis Azərbaycana böyük hesabla qalib gəldikləri matçı şərh edib. O, komandasından razı qaldığını, lakin bəzi problemlərin olduğunu bildirib:

"Belə oyunlarda nəticə önəmli deyil. Əsas odur ki, komandamızda potensial var. Bəzi çatışmazlıqlarımız var. İlk 30 dəqiqədə yaxşı oynasaq da, sonra yorulduq. Ümid edirəm ki, belə oyunlar futbolçuların təcrübələrini artırmağa kömək edəcək. Sevindirici hal odur ki, sonradan meydanda çıxan futbolçular komandaya yeni nəfəs verə bildilər. Bu da onu göstərir ki, komandamızda rəqabət var. Əlbəttə, xeyli problemlərimiz var, onları aradan qaldırmalıyıq, meydanda 30 dəqiqə yox, 90 dəqiqə mübarizə aparmalıyıq".  

Qeyd edək ki, qarşılaşma Qazaxıstanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Oxşar xəbərlər

"Avropa təcrübəmiz xeyli yaxşılaşıb" - Qurban Qurbanov
"Futbolçular çox yoruldular" - Qurban Qurbanov
"Bu gün bütün futbolçularımızın səsini eşitdik" - Canni De Byazi
Aftandil Hacıyev gileyləndi: "Heyət güclənməlidi"
Rəqib baş məşqçi: Azərbaycanlı görüşdə uğurla çıxış edəcəyimizə heç kim təminat verə bilməz

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər