reklam
Sportfm.az xəbər saytı

"Futbolçular alqışa layiqdir" -De Byazi


"Bu gün meydanda ürəyimizi qoyduq".
Sportfm.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İsveçə 3:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.
67 yaşlı mütəxəssis matça çox yaxşı başladıqlarını bildirib: "İlk yarıda çox riskə getmədik. İkinci hissədə özümüzü bir az çətinə saldıq. Futbolçular alqışa və bundan artığına layiqdirlər. Milli komanda uduzanda da stadionda ona tam dəstək vermək lazımdır. Hər görüşdə tam gücümüzü meydanda qoyuruq. Yığmamız yaxşı oyunçulardan ibarətdir. 10 nəfərlə qalanda da sonadək mübarizə apardıq və "vuruşduq".
Canni De Byazi görüş başa çatandan sonra köməkçisi Arif Əsədovu vurmasına da aydınlıq gətirib: "Futbolda da 60 yaşlı kişilər özünü uşaq kimi aparır. Sadəcə, sevincimiz belə alındı".

Oxşar xəbərlər

"Ürəyimizi ortaya qoyuruq" - Canni De Byazi
"İordaniya yaxşı komandadır" - De Byazi
De Byazi böyüməkdən dəm vurur
"İnkişaf etməyimiz üçün lazımlı oyun idi" - Canni De Byazi
"Bu gün bütün futbolçularımızın səsini eşitdik" - Canni De Byazi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər