reklam
Azərbaycan futbolunda görünməyən hadisə - rəqibi etnik mənsubiyyətinə görə təhqir etdi
Sportfm.az xəbər saytı

Azərbaycan futbolunda görünməyən hadisə - rəqibi etnik mənsubiyyətinə görə təhqir etdi


Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportfm.az xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1/8 final mərhələsi matçlarında qeydə alınmış neqativ hallar müzakirə olunub. 
"İnter Arena”da keçirilən "İnter” - "Qaradağ Lökbatan” görüşündə 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri 800 manat cərimə olunub.
AZAL - "Rəvan” qarşılaşmasının 90+1-ci dəqiqəsində qonaqların oyunçusu Zahid Quliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman rəqibin etnik mənsubiyyətinə qarşı təhqiramiz ifadəyə yol verib. Bu səbəbdən futbolçu 7 oyunluq diskvalifikasiya olunub, klubunu isə 640 manat ziyana salıb.
"Qəbələ” - "Zaqatala” matçında ev sahiblərinin 5 üzvü sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
"Qarabağ” - "Səbail” oyununda isə radio-informasiyanın 17 dəqiqə gec verilməsi ucbatından ağdamlılara xəbərdarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub cəzalanacaq.

Oxşar xəbərlər

Təhqiredici pankartlar "Qəbələ"ni ziyana saldı
Samir Abasov cəzalandırıldı
Renan Da Silva "Kəpəz"i ziyana saldı
Riçard Almeyda neçə oyunda "Qarabağ"a kömək edə bilməyəcək?
Tovuz klubu azarkeşlərinə görə cəzalandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər