reklam
Təxribatçı ermənini cəzalandırdılar -
Sportfm.az xəbər saytı

Təxribatçı ermənini cəzalandırdılar -UFC tərəfindən


UFC-də keçirdiyi son döyüşə qondarma "Dağlıq Qarabağ Respublikası”nın bayrağı ilə çıxan erməni idmançı Edmen Şahbazyan cəzalandırılıb.

Sportfm.az xəbər verir ki, təşkilatçılar ABŞ-ı təmsil edən 22 yaşlı idmançıya cəza verib. Bundan əlavə, qurumun prezidenti Dana Uayt qondarma bayrağın rinqə keçirilməsinə icazə verən 20 illik işçini UFC-dən qovub. 

UFC-dəki böyük döyüşlərə "Reebok" sponsorluq edir. İdmançılardan yalnız bu şirkətin markası və loqosu ilə rinqə girmək tələb olunur. "Reebok" şirkəti isə təxribatçı erməni ilə əməkdaşlığı dərhal dayandırıb və onu maliyyələşdirməkdən imtina edib. 

Erməni idmançı və onun məşqçiləri UFC-dən üzr istəyib, səhv etdiklərini deyiblər. 

Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi UFC rəhbərliyinə müraciət ünvanlamışdı. 

Las-Veqasda Derek Brunson ilə qarşılaşan Edmen Şahbazyan rəqibinə uduzub, xəstəxanalıq olmuşdu.

Oxşar xəbərlər

Gənclər və İdman Nazirliyi erməni idmançının təxribatı ilə bağlı bəyanat yaydı
UFC prezidentinə etiraz məktubu göndərildi - Təxribatçı erməniyə görə
“Düdelanj” “Qarabağ”dan rəsmən üzr istədi - FOTO
AFFA erməni təxribatına reaksiya verdi
Azərbaycanlı azarkeşlər erməni təxribatçıların dərsini verdi - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər