reklam
Azərbaycanlı azarkeşlər erməni təxribatçıların dərsini verdi -
Sportfm.az xəbər saytı

Azərbaycanlı azarkeşlər erməni təxribatçıların dərsini verdi -VİDEO


Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçirilmiş "Arsenal" - "Qarabağ" matçının sonunda baş verən erməni təxribatı "Emireyts" arenasında və oyundan sonra stadion ətrafında gərgin vəziyyətin yaranmasına səbəb olub.

Sportfm.az xəbər verir ki, oyunun keçirildiyi meydana əlində qondarma "Dağlıq Qarabağ Respublikasının" bayrağını tutan erməni azarkeş çıxıb.

Stadionun mühafizəçiləri dərhal onu meydandan kənarlaşdırıblar. Bundan sonra sosial şəbəkələrdə azərbaycanlı azarkeşlərin stadionu tərk edən erməniləri ələ saldığını, xüsusilə qondarma rejimin bayrağını daşıyan erməni azarkeşlərindən birinin ünvanına təhqir və məsxərə dolu ifadələr işlətdiyini görmək olur. Onlar deməyə söz tapmayıb, qorxularından sakit şəkildə yollarına davam ediblər. "Qaçın burdan!" - deyə azərbaycanlı azarkeşlər car çəkiblər.

Xatırladaq ki, "Arsenal" - "Qarabağ" oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmanın 16-cı dəqiqədə Aleksandr Lakazetin vurduğu qol oyunun taleyini həll edib.

Videonu izləmək üçün şəklə klikləyin:

Oxşar xəbərlər

Təxribatçı ermənini cəzalandırdılar - UFC tərəfindən
AFFA erməni təxribatına reaksiya verdi
"Arsenal"dan "Qarabağ"la oyundakı erməni təxribatı ilə bağlı - BƏYANAT
UEFA "Arsenal" - "Qarabağ" matçındakı olayla bağlı araşdırmalara başladı
"Arsenal" - "Qarabağ" oyununda erməni təxribatı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər