reklam
Tokioda Böyük Sumo Turnirinə start verildi -
Sportfm.az xəbər saytı

Tokioda Böyük Sumo Turnirinə start verildi -FOTO


İyulun 19-da Yaponiyanın paytaxtı Tokioda iyul ayı üzrə Böyük Sumo Turnirinə start verilib. Yarışlar Tokionun Ryoqoku Kokuqikan idman arenasında başlayıb.
Sportfm.az xəbər verir ki, koronavirusun yayılma təhlükəsini azaltmaq məqsədilə təşkilatçılar turniri Naqoyadan Tokioya dəyişiblər.
Bu, cari ilin yanvarından bəri tamaşaçıların iştirakına icazə verilən ilk turnir olub. Lakin ümumi tutumu 10 min nəfər olan tamaşaçı salonuna cəmi 2500 nəfər buraxılıb. Bununla yanaşı, mütəxəssislərin rəyi nəzərə alınaraq, təhlükəsizliyin təmin olunması üçün bütün müvafiq tədbirlər görülüb.Eyni zamanda, Ozeki dərəcəsindən aşağı olan güləşçilər əgər əvvəllər ictimai nəqliyyatdan istifadə edərək yarış yerinə gəlirdilərsə, bu dəfə onlara fərdi avtomobildən və ya taksidən istifadə etməyə icazə verilib.
Tamaşaçı salonunda dörd nəfər üçün nəzərdə tutulan yerlərdən yalnız birinə döşəkcə qoyulub. Azarkeşlərdən səslərini qaldırmamaları və yalnız əl çalmaları xahiş edilib.Hakimlərə gəlincə isə, koronavirusun yayılmasının qarşısını almaq üçün onlara rinqdən kənarda oturmaq tövsiyə olunub.

Oxşar xəbərlər

Bakıdakı oyunlarda tamaşaçı iştirakına icazə verildi - AVRO-2020
Dövlət liderlərini müşayiət edənlərin sayı məhdudlaşdırılacaq - Tokio-2020
Portimaodakı tamaşaçı sayı 27 minə endirildi - Formula 1
“500 mil” yarışında tamaşaçılara icazə veriləcək
BOK Yaponiyaya yay vaxtına keçməyi məsləhət gördü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər