BOK Yaponiyaya yay vaxtına keçməyi məsləhət gördü
Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2020-ci il Olimpiya Oyunlarının təşkilatçılarının yarışların keçirilməsi dövründə Tokioda yay vaxtına keçmək ideyasını dəstəkləyib.
Sportfm.az xəbər verir ki, təşkilatçılar bu yolla idmançılara və tamaşaçılara isti yayın təsirini azaltmağı ümid edirlər.
BOK-un Əlaqələndirmə Komissiyasının rəhbəri Con Kouts deyib: “Marafon və bu kimi tədbirlər səhər tezdən başlayacaq. Lakin günəş çox erkən çıxır. Yay vaxtına keçid ideyası yaxşı qərardır. Biz ölkədə olan vəziyyətə diqqət yetirəcəyik. İstinin iştirakçılara və tamaşaçılara mümkün təsirinin nəticələrini nəzərə almaq çox vacibdir”.
2020-ci il Olimpiadası iyul-avqustda, Yaponiyada ilin ən isti aylarında keçiriləcək.
Qeyd edək ki, bu ilin yayında anomal istilər səbəbindən Yaponiyada təxminən 120 nəfər həyatını itirib.
Oxşar xəbərlər
Stadionlara 5 min tamaşaçı buraxılacaq - Tokio-2020
"Olimpiada, nəyin bahasına olursa-olsun, keçirilməlidir" - Yaponiyalı nazir
Olimpiadanın vaxtı dəyişdirildi
Yaponiya 2020-ci ildə yay vaxtına keçəcək
Yaponiya olimpiadaya görə yay vaxtına keçir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası