Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qarabağ” “Neftçi”nin rekordunun iki addımlığında
Ağdamın "Qarabağ” klubunun ev oyunlarındakı üç uğurlu seriyasından biri qırılıb. Sportfm.az xəbər verir ki, Topaz Premyer Liqasının XIII turunun "Qəbələ” ilə ev oyununda 2:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri ardıcıl 15-ci qələbəylə məğlubiyyətsiz matçlar seriyasını 20-yə çatdırıb. Lakin ağdamlılar 244 gündən sonra qapısında qol görüb. Əyalət təmsilçisi öz meydanında sonuncu dəfə ötən mövsümün "Rəvan”la matçında top buraxmışdı. Martın 30-da keçirilən görüşdə 5:1 hesabı ilə qalib gələn "Qarabağ” 68-ci dəqiqədə Yasin Həmidin qoluna üzülmüşdü. Bundan sonra 10 matç qonaqlara qol sevinci bəxş etməyən ağdamlıları bu dəfə 64-cü dəqiqədə Filip Ozobiç məyus edib. Evdə 986 dəqiqə qol buraxmayan Ağdam klubu öz meydanındakı quru oyunlar ardıcıllığında öz tarixinin rekordunu rəsmiləşdirib.
Bu, Azərbaycan çempionatları tarixində 3-cü nəticədir. "Qarabağ”ın 2 addımı çatmayan mütləq rekord 2003-05-ci illərdə ardıcıl 12 ev oyununda qol buraxmayan "Neftçi”yə məxsusdur. Digər paytaxt klubu "Xəzri” isə 11 ev oyununu quru keçirib.
Oxşar xəbərlər
“Qarabağ” rekordun bir addımlığında dayandı
"Qarabağ"ın seriyaları
Abdullayevdən Arazadək: “Qəbələ”nin rekordu qırıldı
10 ilin ən yaxşısı
Bezotosnıdan yeni rekord
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Röyal Nəcəfov "Baku Sportinq"dən getdi - Açıqlama
-
Ulduz futbolçu narkotikə görə saxlanıldı - HADİSƏ















Misli Premyer Liqası