Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
10 ilin ən yaxşısı
"Qarabağ” Topaz Premyer Liqasında ardıcıl 13-cü ev qələbəsini qazanıb. Sportfm.az PFL-in saytına istinadən xəbər verir ki, bu, son 10 ildə Azərbaycan çempionatlarında qeydə alınan ən uzun seriyadır. Sonuncu belə seriya "İnter”ə məxsus olub. "Bankirlər”in 14 qələbədən ibarət qələbələrinə 2006-cı fevralında son qoyulub.
Son 10 ilin rekorduna imza atan Qurban Qurbanovun yetirmələri Topaz Premyer Liqasının VIII turunda "Sumqayıt”ı 3 cavabsız qolla məğlub edərək, mövsümdə 4-cü dəfə qonaqları quru hesabla üstələyib. Ağdamlılar ardıcıl 3-cü çempionluğunu bayram etdiyi ötən mövsümün son 9 ev matçında da rəqiblərinə xal verməmişdi. 2016-cı ildə evdə keçirdiyi 13 matçın hamısında qalib gələn ağdamlıların "Qarabağ”ın öz meydanındakı son xal itkisi "Qəbələ” ilə matça təsadüf edib. Bu matç 2015-ci il dekabrın 19-na təsadüf edib və 1:1 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Qarabağ” ardıcıl evdə qazandığı 13 matçın son 9-da qapısını da toxunulmaz saxlayıb. Yəni əyalət klubu 9 matçdır qonaqlara nə xal, nə qol sevinci yaşadır.
Oxşar xəbərlər
“Qarabağ” rekordun bir addımlığında dayandı
“Qarabağ” “Neftçi”nin rekordunun iki addımlığında
"Qarabağ"ın seriyaları
Abdullayevdən Arazadək: “Qəbələ”nin rekordu qırıldı
İki klubumuz dünyanın ən yaxşıları sırasında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası