Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ"ın seriyaları
"Qarabağ” Topaz Premyer Liqasının cari mövsümündə keçirdiyi 5-ci ev oyununda da quru hesablı qələbə qazanıb. Sportfm.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, XII turda "Kəpəz”i 1:0 hesabı ilə məğlub edən Ağdam klubu öz meydanındakı üç seriyasını davam etdirib.
10 oyundur öz meydanında qol buraxmayan Qurban Qurbanovun yetirmələri martın 30-da keçirilən "Rəvan”la matçdan (5:1) sonra qonaqlara qol sevinci yaşatmır. Bu, klubun tarixində ən uğurlu seriyadır.
Ardıcıl 14-cü ev qələbəsini qazanan "Qarabağ”ın öz meydanındakı son xal itkisi 2015-ci il dekabrın 19-na təsadüf edib. Həmin gün əyalət klubu "Qəbələ” ilə heç-heçə edib – 1:1.
2015-ci fevralın 28-də "Qəbələ”yə 0:1 hesabı ilə uduzan ağdamlılar 28 oyundur evdə məğlubiyyət acısı yaşamır.
Oxşar xəbərlər
Ardıcıl 11-ci qələbə
"Qarabağ"ın seriyasına son qoyuldu
“Qarabağ” rekordun bir addımlığında dayandı
“Qarabağ” “Neftçi”nin rekordunun iki addımlığında
10 ilin ən yaxşısı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası