reklam
Elvin Cəfərquliyev əməliyyat olundu
Sportfm.az xəbər saytı

Elvin Cəfərquliyev əməliyyat olundu


“Qarabağ”ın və Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub.
Sportfm.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə cavab oyununda zədələnən müdafiəçinin əməliyyatı uğurla başa çatıb.

Avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun sol budunun arxa əzələ qrupuna (hamstring) daxil olan yarımvətərli əzələsinin distal vətərində zədələnmə aşkarlanıb.

Cəfərquliyevin müalicə və bərpa prosesi “Qarabağ”ın tibbi heyətinin nəzarəti altında davam etdiriləcək.

Oxşar xəbərlər

Elvin Cəfərquliyev "Qarabağ"a kömək edə bilməyəcək
Bəhlul Mustafazadə əməliyyat olundu
"Turan Tovuz"un oyunçusu Panamada əməliyyat olundu
Elmir Tağıyev əməliyyat olundu
Ayaz Quliyev əməliyyat olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər