reklam
“Qarabağ” rekordun bir addımlığında dayandı
Sportfm.az xəbər saytı

“Qarabağ” rekordun bir addımlığında dayandı


"Qarabağ” mövsümdə ilk dəfə ev oyununda xal itirib. Bu, Topaz Premyer Liqasının XIV turunda baş verib.
Sportfm.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, "İnter”lə qarşılaşan Ağdam təmsilçisi meydanı 1 xalla tərk edib – 0:0. Əyalət klubu bunadək cari çempionatın bütün ev oyunlarında qələbə qazanmışdı. "Neftçi” (3:0), AZAL (6:0), "Zirə” (2:0), "Sumqayıt” (3:0), "Kəpəz” (1:0) və "Qəbələ” (2:1) üzərindəki qələbələr ötən mövsümdən başlayan seriyanın davamı olub. Belə ki, "Qarabağ” 2015/16 mövsümünün ikinci yarısında da öz meydanında xal itirməmişdi. "Xəzər Lənkəran”ı 3:0, "Neftçi” və "Zirə”nin hər ikisini 2:0, "Rəvan”ı 5:1, "Kəpəz”i 4:0, "İnter”i 2:0, "Sumqayıt”ı 1:0, "Qəbələ”ni 2:0 və AZAL-ı 3:0 yenən Qurban Qurbanovun yetirmələri yeni mövsümə 9 matçlıq qələbə seriyası ilə başlamışdı. "Qarabağ”ın "İnter”ə qədərki son ev itkisi 2015-ci ilə təsadüf etmişdi. Dekabrın 19-da "Qəbələ” ilə qollu heç-heçə (1:1) edən ağdamlılar 364 gündən sonra öz meydanında qalib gələ bilməyib. 2016-cı ildəki ilk və yeganə xal itkisinə qədər ardıcıl 15 qələbə qazanan komanda klubun tarixində 2-ci nəticədir. Əyalət təmsilçisi 1992-93-cü illərdəki 16 oyunluq qələbə seriyasının 1 addımlığında dayanıb. "Qarabağ”ın indiki nailiyyəti isə Azərbaycan çempionatlarının tarixində 7-ci nəticədir.

Oxşar xəbərlər

Qələbəyə həsrət "Neftçi" və qol vurmadan meydanı tərk etməyən ağdamlılar
Ardıcıl 11-ci qələbə
"Qarabağ"ın seriyasına son qoyuldu
AZAL-dan ilk
"Qarabağ"ın seriyaları

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər