reklam
Dadaşov fərqləndi -
Sportfm.az xəbər saytı

Dadaşov fərqləndi -Komanda səfərdən 1 xalla döndü


ABŞ-ın USL çempionatında 3-cü turun oyunları keçirilib.

Sportfm.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Finiks Rayzinq” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Oranj Kaunti” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Rüfət də bu görüşün iştirakçısı olub. 29 yaşlı hücumçu matça start heyətdə başlayıb və 86-cı dəqiqədə əvəzlənib. Dadaşov 64-cü dəqiqədə hesabı açan Junior Flemminqsə məhsuldar ötürmə verib.

“Finiks Rayzinq” bu nəticədən sonra B qrupunda 7-ci xalını qazanıb və beş komanda arasında liderdi.

Oxşar xəbərlər

Rüfət və 27-ci dəqiqə - ABŞ Birinci Liqası
Dadaşov qol vurdu, komandası qələbəyə sevindi - 5:0
Dadaşovdan növbəti qol
Azərbaycanlı hücumçu Las-Veqasda diqqət çəkdi - Qol və məhsuldar ötürmə
Rüfət Dadaşovdan növbəti qol

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər