SPORTFM.AZ
reklam
Rüfət və 27-ci dəqiqə -
Sportfm.az xəbər saytı

Rüfət və 27-ci dəqiqə -ABŞ Birinci Liqası


Futbol üzrə ABŞ birinci liqasında 15-ci turun oyunları keçirilib. 

Sportfm.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Finiks Rayzinq” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Rio Qrande” ilə qarşılaşıb. “Finiks Rayzinq” bu oyundan qələbə ilə ayrılıb - 3:1.

Dadaşov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 71-ci dəqiqədə əvəzlənib. Komandasının üçüncü qolunu da 27-ci dəqiqədə məhz Rüfət vurub. Bu, onun cari mövsümdəki 4-cü qoludur.

Bu mövsüm keçirdiyi 14 oyunda 32 xal toplayan “Finiks Rayzinq” hazırda zirvədə qərarlaşıb.

Oxşar xəbərlər

Dadaşov qol vurdu, komandası qələbəyə sevindi - 5:0
Dadaşov oynadı, komandası yarımfinala yüksəldi - ABŞ-da
Dadaşovdan növbəti qol
Rüfət Dadaşovdan növbəti qol
Dadaşov fərqləndi - Komanda səfərdən 1 xalla döndü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər