reklam
Komandamız
Sportfm.az xəbər saytı

Komandamız "Dinamo" Tbilisini məğlub edib


18 yaşadək basketbolçular arasında Gürcüstan Çempionatıda iştirak edən Azərbaycanın U16 milli yığmanın əsasında təşkil edilən "Bakı" komandası ilk oyunlarını keçirib. 
Sportfm.az xəbər verir ki, noyabrın 29-da "Akademiya" (Tbilisi) komandası ilə keçirilən birinci qarşılaşmada Samit Nuruzadənin yetirmələri 56:76 hesabıyla məğlub olub. Bu oyunda əsası Gürcüstanın U18 millisinin basketbolçularından təşkil edilən rəqibin təcrübəsi özünü göstərib.

İkinci matçında isə təmsilçimiz daha yaxşı oyun sərgiləyərək "Dinamo"nu (Tbilisi) böyük üstünlüklə 65-51 məğlub edib. Komandamızın heyətində Şirzad Şirzadov 20 xalla qarşılaşmanın ən məhsuldar basketbolçusu olub.

Oxşar xəbərlər

Yığmamız Türkiyəyə böyük hesabla məğlub oldu
Yığmamızdan biabırçı məğlubiyyət
Millimiz Gürcüstanı məğlub etdi
Basketbolçularımız məğlub oldular
Yığmamız Gürcüstan və Xorvatiyaya böyük hesabla məğlub olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər