reklam
Yığmamızdan biabırçı məğlubiyyət
Sportfm.az xəbər saytı

Yığmamızdan biabırçı məğlubiyyət


Estoniyanın paytaxtı Tallinndə keçirilən 18 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının B divizionunda növbəti oyunlar baş tutub.

Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, C qrupunda çıxış edən Azərbaycan millisi İsraillə görüşüb.

İlk 4 qarşılaşmada məğlubiyyətləri sıralayan komandamız bu dəfə də biabırçılıqdan qaça bilməyib. Samit Nuruzadənin yetirmələri 49:80 (12:21, 10:27, 13:17, 14:15) hesabı ilə uduzublar. 

Beləliklə, bütün oyunları məğlubiyyətlə başa vuran təmsilçimiz qrupda sonuncu yeri tutub. Buna baxmayaraq, komandamız 17-24-cü yerlər üçün mübarizəni davam etdirəcək. Basketbolçularımız sabah İsveçrə ilə üz-üzə gələcək.

Qeyd edək ki, komandamız ilk 4 turda Portuqaliya (45:75), Polşa (47:73), Rumıniya (50:68) və Avstriyaya (71:82) məğlub olub.

Oxşar xəbərlər

Millimiz 24 komanda arasında 22-ci olub
Millimizdən daha bir məğlubiyyət
Yığmamız Ermənistanla qarşılaşacaq
Millimiz məğlubiyyətləri sıralayır
Yığmamız uduzdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər