reklam
FIA Lüis Hemiltonu cəzalandırdı
Sportfm.az xəbər saytı

FIA Lüis Hemiltonu cəzalandırdı


Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula 1"də çıxış edən "Mercedes" pilotu Lüis Hemiltonu cərimələyib.

Sportfm.az xəbər verir ki, səbəb britaniyalı sürücünün Avstriya Qran-prisində sarı bayraqlara məhəl qoymamasıdır. Qərara əsasən, 6 qat dünya çempionu start düzülüşündə 3 yer itirib. 

Təsnifat mərhələsində baş vermiş insidentə ilk dəfə iyulun 4-də baxılıb. Stüardlar Hemiltonun arqumentlərini dinləyərək, onu cəzalandırmamağı qərara alıblar. Lakin bu gün "Red Bull" komandası təkrar etiraz edərək, titullu idmançının maşınında qurulmuş 360 dərəcəlik kamera görüntülərini təqdim edib. Həmin videoya əsasən, Hemiltonun iddia etdiyinin əksinə, paneldə yaşıl yox, sarı işıq yanıb. Beləliklə, britaniyalı pilotu cərimələməkdən imtinaya əsas göstərilən "siqnalların konflikti" həmin an olmayıb. 

 

Oxşar xəbərlər

Hemilton Türkiyə Qran-prisində cəzalandı - Formula 1
"Mercedes" Hemiltonu əvəzləyəcək pilotu açıqladı - Formula 1
Formula 1 podiumuna ən gənc pilotlar qalxdı - FOTO
Hemilton təsnifat mərhələsinin qalibi oldu
ABŞ "Qran-prisi"nin qalibi bəlli oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər