reklam
Futzal üzrə Avropa Çempionatının planları açıqlandı
Sportfm.az xəbər saytı

Futzal üzrə Avropa Çempionatının planları açıqlandı


UEFA 19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında təşkil ediləcək AVRO-2021-in planlarını açıqlayıb.

Sportfm.az xəbər verir ki, qitənin ali futbol qurumu ilkin və əsas mərhələnin püşkatma mərasimini bu il oktyabrın 23-də keçirəcək. İlkin mərhələnin oyunları gələn il yanvarın 12-dən 17-dək, əsas mərhələnin qarşılaşmaları isə martın 23-dən 28-dək keçiriləcək. 

Həlledici mərhələ isə 2021-ci il oktyabrın 31-dən noyabrın 7-dək təşkil olunacaq. 8 komandanın iştirak edəcəyi və iki qrupda mübarizə aparacağı final mərhələsinə hansı ölkənin evsahibliyi edəcəyinə isə sentyabrın 24-də keçiriləcək UEFA İcraiyyə Komitəsinin iclasında aydınlıq gətiriləcək. 

 U-19-lar arasında ilk Avropa çempionatı 2019-cu ildə keçirilib. Latviyda təşkil olunan qitə birinciliyinin qalibi İspaniya futzalçıları olub. Azərbaycan millisi əsas mərhələdə mübarizə aparıb və həlledici mərhələyə vəsiqə qazana bilməyib. 

U-19 hazırda baş məşqçi Ağatahir Əzimovun rəhbərliyi altında fəaliyyət göstərir.

Oxşar xəbərlər

Rəqiblər müəyyənləşəcək - Püşkatma
Yığmamız mübarizəyə əsas mərhələdən başlayacaq - Avropa çempionatı
Millilərimizin rəqibləri açıqlandı - Avropa çempionatı
Millimiz Avropa çempionatının seçmə mərhələsinin oyunlarına hazırlaşır
Müvəqqəti məşqçi Ağatahir Əzimov - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər