Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycanda futbolçunun etirafı...“Məşqdən sonra gündəlik 5 manata çayxanada işləyən adamam”
Sportfm.az xəbər verir ki, danışılmış oyunlarla bağlı adları "qara siyahı”ya düşən futbolçulardan "Energetik”in üzvü, Elvin Əlizadə fikirlərini bildirib:
"Bunun nə olduğunu anlaya bilmirəm. Başım çıxmır. Mən məşqdən sonra gündəlik 5 manata çayxanada işləyən adamam. Bu nə hoqqadı, adımı hallandırırlar? Başqa komandaya getmək istəyirdim. Amma bu qara ləkədən sonra kimdi məni götürən? Sadəcə, heyrət içindəyəm. Böyük biabırçılıqdı. Oyuna çıxanda meydanda canımı qoyuram. AFFA ilə klub rəhbərliyi danışır. Özüm də istəyirəm gedim ora. Görək başımıza nə gəlir”.
Qeyd edək ki, bir müddət öncə AFFA danışılmış oyunlarla əlaqəsi olan şəxslərin adlarını açıqlayıb.
Mənbə: Futbol+ qəzeti
Oxşar xəbərlər
Danışılmış oyunlarla bağlı növbəti seminar - AFFA
Danışılmış oyunlarla bağlı görüş keçirildi
"Göyəzən"in futbolçusu:"Çölə çıxa bilmirik"
Elvin Əliyev: “Heç olmasa, adımıza-sanımıza hörmət edəydilər”
AFFA danışılmış oyunlarla əlaqəsi olan şəxslərin adlarını açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası