reklam
Elvin Əliyev: “Heç olmasa, adımıza-sanımıza hörmət edəydilər”
Sportfm.az xəbər saytı

Elvin Əliyev: “Heç olmasa, adımıza-sanımıza hörmət edəydilər”


Sportfm.az xəbər verir ki, danışılmış oyunlarla bağlı adları "qara siyahı”ya düşən futbolçulardan yığmamızın sabiq üzvü, "Rəvan”nın futbolçusu Elvin Əliyev  fikirlərini bildirib:
"Heç nə olmadan, araşdırılmamış adımızı batırıblar. Deməli, bir məsəl var. Meşədə dovşan qaçır. Bütün heyvanlar soruşur ki, hara qaçırsan? Deyir bir nəfər var, üç qulağı olanların qulaqlarını kəsir. Heyvanlar gülür ki, bəs sən hara qaçırsan, axı iki qulağın var? Dovşan cavab verir ki, həmin adam əvvəl kəsir, sonra sayır. Yəni bu məsələ elə bu lətifəyə oxşayır. Sübut yox, dəlil yox, adımızı yalandan hallandırırlar. Heç olmasa, adımıza-sanımıza hörmət edəydilər. Hər şey göz qabağındadı. Azərbaycanda nələrin olduğunu bizdən də, sizdən də yaxşı bilirlər. Dəfələrlə AFFA-da işləyənlər haqqında yazmısız, pozmusuz. Haqq-nahaq bilinir, ortadadı”.  
Qeyd edək ki, bir müddət öncə AFFA danışılmış oyunlarla əlaqəsi olan şəxslərin adlarını açıqlayıb. 
 
Mənbə: Futbol+ qəzeti 

Oxşar xəbərlər

Danışılmış oyunlarla bağlı növbəti seminar - AFFA
Azərbaycanlı hakimlərə danışılmış oyunlarla bağlı seminar keçirildi - FOTO
Azərbaycanda futbolçunun etirafı...“Məşqdən sonra gündəlik 5 manata çayxanada işləyən adamam”
"Göyəzən"in futbolçusu:"Çölə çıxa bilmirik"
AFFA danışılmış oyunlarla əlaqəsi olan şəxslərin adlarını açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər