reklam
Sportfm.az xəbər saytı

"Formula 1" təhlükəsizlik avtomobili -FOTO


"Formula 1" 2020 mövsümündə istifadə ediləcək təhlükəsizlik və tibbi seriyalı avtomobilin yeni dizaynını nümayiş etdirib. 

Sportfm.az xəbər verir ki, əsas xüsusiyyət avtomobillərin kapotlarında və ya qapılarında göy qurşağının təsvir edilməsidir. 

Bu, irqçilik, ayrıseçkilik və sosial ədalətsizliklə mübazirə məqsədi ilə "Formula 1"in təşəbbüsünün dəstəklənməsi üçün edilib. 

Qeyd edək ki, "Formula 1"də ilk 8 Qran-prinin təqvimi məlumdur. Mövsümə Avstriyada (3 - 5 iyul və 10 - 12 iyul) start veriləcək. Daha sonra Macarıstan (17 - 19 iyul), Böyük Britaniya (31 iyul - 2 avqust, 7 - 9 avqust), İspaniya (14 - 16 avqust), Belçika (28 - 30 avqust), İtaliya (4 - 6 sentyabr) Qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz keçiriləcək.

İndiyədək Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-priləri təxirə salınıb, Avstraliya, Monako, Niderland, Fransa, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri isə ləğv olunub.

Oxşar xəbərlər

Mövsümün tam təqvimi məlum oldu - "Formula 1"
Azərbaycan Qran-prisi rəsmən ləğv olunub - Formula 1
Formula 1-in təqvimi açıqlandı - 8 mərhələ
Dünya çempionatının təqvimi təsdiqləndi
Azərbaycan Qran-prisi nə vaxt start götürəcək? - Təqvim təsdiq olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər