Polis idarəsində futbolçunun diri-diri bişdiyi ortaya çıxdı -VİDEO
Rusiyada polis şöbəsində qaynar suda diri-diri bişən futbolçu İvan Vşikovun istilik sisteminin batareyasını qoparmasının görüntüləri yayılıb.
Sportfm.az xəbər verir ki, bu barədə kadrları “LifeShot” “Telegram” kanalı təqdim edib.
Hadisə ötən ilin oktyabr ayında Kalininqrad şəhərində DİN-in yerli bölməsində baş vermişdi.
İ.Vşikovun qohumları gəncin ölümündə polisləri ittiham edirlər.
Dünən hadisə ilə bağlı vəzifə səlahiyyətlərini aşma maddəsi ilə ikinci keçmiş polis Aleksandr İvanov saxlanılıb. Onun həmkarı Nikolay Plebux isə mart ayından ev həbsindədir.
İstintaq Komitəsinin versiyasına görə, hadisə günü növbətçi hissənin rəisi və baş əməliyyatçı şöbədə qaynar su axdığını və saxlanılan şəxsin də orada olduğunu biliblər. Bununla belə yarım saatdan sonra reaksiya veriblər.
Oxşar xəbərlər
17 yaşlı futbolçunu polis öldürdü - Hadisə
Futbolçunun həyat yoldaşı tapança ilə yaxalandı - FOTO
Məhşur futbolçunun avtomobili oğurlandı
"Topaz" kuponu əvəzinə narkotik satıldı - Bakıda hadisə
Messinin atasını polis saxladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası