reklam
Sportfm.az xəbər saytı

"Səbail"lə razılıq əldə etdim, oynayacağam" -Peyman Keşavarz


"Klubumla müqaviləm başa çatsa da, yeni razılıq əldə etdim, çempionat bərpa olunanda oynayacağam".

Sportfm.az xəbər verir ki, bu fikirləri açıqlamasında "Səbail"in futbolçusu Peyman Keşavarz deyib.

25 yaşlı müdafiəçi oynadığı müddətdə də maaş alacağını söyləyib. Keşavarz karantin dönəmində məvacibini aldığını, lakin az hissəsinin qaldığını sözlərinə əlavə edib.

O, yeni mövsümdə klubdakı taleyi ilə bağlı durumun bəlli olmadığını bildirib: "Mənim birinci seçimim "Səbail" olacaq. Klubla razılaşmasam, başqa variantlar haqqında fikirləşəcəyəm. FIFA qərar verib ki, çempionat bitənə qədər oynaya bilərik. Klubun mənə yeni müqavilə ilə bağlı nəsə deməməyi də normaldır, çünki indi hazırkı mövsümün start vaxtını bilmirik".

Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də dayandırılıb. Peyman Keşavarz bu ilin əvvəlindən "Səbail"də çıxış edir. Onun klubla sözləşməsi mayda başa çatır. (Report)

Oxşar xəbərlər

"Səbail" legionerini göndərdi - Müqaviləyə xitam verildi
"Qarabağ" futbolçusunu qaytardı - İcarədə olan
"Çempionatın ləğvi yaxşı qərar olardı" - Rauf Əliyev
"Rəhbərlik maaş da verməsə..." - "Qəbələ"nin futbolçusu
Orxan Əliyev vardı haa...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər