Anji
Azərbaycan futbolu ölkəmiz müstəqillik qazandıqdan sonra geriləməyə başladı. Yeni qurulan ölkənin yaşadığı siyasi və iqtisadi çətinliklər futboldan da yan keçmədi. İnfrastruktur dağıldı, istedadlı oyunçular pərən-pərən düşdü. Həmin dövrdə Azərbaycanda sovet futbol məktəbini keçən bir çox futbolçu yeni təşkil edilən və aşağı səviyyəli ölkə çempionatında çıxış etmək əvəzinə xaricə yollanmağı üstün tutdu. Bunun əsas səbəblərindən biri də, pulun olmaması idi. Azərbaycanda "Neftçi" istisna olmaqla, digər klublarda futbolçular qəpik-quruşa oynayırdı. Təbii ki, həmin ərəfələr azərbaycanlı futbolçuların Avropaya yollanması mümkünsüz idi. Bizim futbol trafikimizin əsas istiqaməti Rusiya klublarıydı. Mahaçqala "Anji"si isə bu yolda tramplin rolunu oynayırdı. Ölkəmizə coğrafi cəhətdən yaxın olan Dağıstan Respublikasının bir nömrəli komandasında azərbaycanlılara qarşı daim yaxşı münasibət vardı. Məhz Sovetlər İmperiyası dağıldıqdan sonra 1992-ci ildə xeyli sayda yerli futbolçu şimala doğru üz tutdu. Onların sırasında kimlər yox idi?! 1993-cü ildə futbol üzrə Rusiyanın İkinci Liqasında mübarizə aparan "Anji"nin heyətində nə az, nə çox Azərbaycan yığmasının şərəfini qorumuş 5 futbolçu yer alırdı.
«Команда во время зимней подготовки к сезону-1993. Верхний ряд (слева направо): Игорь Гетман, Вячеслав Лычкин, Константин Дьяков, Магомед Аташев, Ибрагим Гасанбеков, Магомед-Расул Ахмедов, Загиди Гусейнов. Нижний ряд (слева направо): Эмин Агаев, Эльхан Гамбаров, Шарип Абдулаев, Кафар Кафаров, Шагабутдин Керимов (врач команды)».
Oxşar xəbərlər
AFFA liqalarında çıxış edən futbol klubu dağıldı - ÖZƏL
Millimizin hücumçusunun Mahaçqaladakı kədərli sonu - VİDEOSÜJET
Rusiya klubunun xalları silindi
Gürcülərdən niyə geri qalırıq və ya doğurdan qanımızda yoxdur? - YAZI
Millimizin sabiq futbolçusunun adı əbədiləşdirildi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası