reklam
Şəhriyar Məmmədyarov üçüncü pillədə qərarlaşıb
Sportfm.az xəbər saytı

Şəhriyar Məmmədyarov üçüncü pillədə qərarlaşıb


Mayın 16-da blits üzrə onlayn Vilhelm Steynits memorialında növbəti altı turun oyunları keçirilib.

Sportfm.az xəbər verir ki, Şəhriyar Məmmədyarov 6 turdan yalnız birində — rusiyalı şahmatçı Aleksandr Qrişukla oyunda məğlub olub. Ukraynalı Anton Korobov, rusiyalı Daniil Dubov, norveçli dünya çempionu Maqnus Karlsenlə “sülh” bağlayan şahmatçımız ispaniyalı David Quiyarro, vyetnamlı Le Quanq Liemlə oyunlardan qalib ayrılıb.

Ötən 12 turun oyunlarına görə, şahmatçımız 7 xalla üçüncü yerdədir. D.Dubov 8 xalla birinci, M.Karlsen 7,5 xalla ikinci yerləri tuturlar.

FIDE-nin və “chess24.com”un təşkilatçılığı ilə keçirilən turnir 18 turdan ibarətdir. Yarışın ümumi mükafat fondu 30 min avrodur. Mayın 17-dək davam edəcək turnir “chess24.com” şahmat platformasında oynanılır və birbaşa yayımlanır.

Oxşar xəbərlər

Şəhriyar Məmmədyarov dördüncü oldu - Çempionlar Turu
Şəhriyardan üç qələbə, dörd bərabərlik - Saint Louis Rapid and Blitz 2021
Məmmədyarov onlayn turnirdə oynayacaq
Şəhriyar Məmmədyarov Maqnus Karlsenlə üz-üzə - Blits turnir
Teymur Rəcəbov dünya şahmat tacının sahibi ilə qarşılaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər