Teymur Rəcəbov dünya şahmat tacının sahibi ilə qarşılaşacaq
Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da iştirak etdikləri “Tata Steel Masters 2019” turnirində sabah on birinci turun oyunları keçiriləcək.
Sportfm.az xəbər verir ki, 10 turun nəticəsinə görə, Teymur Rəcəbov 5 xalla 6-7-ci, Şəhriyar Məmmədyarov 4 xalla 12-13-cü yerləri bölüşürlər.
Şəhriyar Məmmədyarovu növbəti turda Santoş Viditlə qarşılaşma gözləyir. Digər təmsilçimiz Teymur Rəcəbov dünya şahmat tacının sahibi Maqnus Karlsenlə üz-üzə gələcək. Teymur Rəcəbovu ilk beşlikdən 1 pillə ayırır. Dünya çempionu Maqnus Karlsen isə 7 xalla turnir cədvəlinin lideridir. Ondan yarım xal geridə olan Aniş Giri ikinci pillədə qərarlaşıb.
Bu gün şahmatçılar üçün istirahət günü olduğundan növbəti turun oyunlarına sabah start veriləcək.
Oxşar xəbərlər
Şahmatçılarımız dünya çempionuna qarşı - Çempionlar Turu
Məmmədyarov Aronyana rəqib oldu - Çempionlar Turu
Azərbaycan şahmatçıları növbəti turda heç-heçə etdi
"ShamkirChess 2019": Məmmədyarov Karlsenlə qarşılaşacaq
“Tata Steel Masters-2019” turnirinin səkkizinci turuna start veriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA U-15 Dünya Çempionatını canlı izləyin
-
“Kəpəz”in fan-shopu fəaliyyətə başladı
-
Rövşən Nəcəf və Canni İnfantino qarşılaşmaları izlədi - FİFA U-15 Dünya Çempionatı
-
“Turan”ın Çempionlar Liqasındakı oyunu canlı yayımlanacaq
-
İki güləşçimiz 1/4 finalda - Dünya çempionatı
-
“Şimal” – “Araz-Naxçıvan” matçına hakim təyinatları- Azərbaycan Kuboku















Misli Premyer Liqası