reklam
Şəhriyardan üç qələbə, dörd bərabərlik -
Sportfm.az xəbər saytı

Şəhriyardan üç qələbə, dörd bərabərlik -Saint Louis Rapid and Blitz 2021


ABŞ-ın Sent-Luis şəhərində Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun da qatıldığı “Grand Chess Tour” şahmat seriyasının dördüncü mərhələsi – “Saint Louis Rapid and Blitz 2021” turniri davam edir.

Sportfm.az xəbər verir ki, şahmatçılar turnirin blits yarışının 9 turunda iştirak ediblər. Ş. Məmmədyarov 9 turun 3-nü qələbə ilə başa vurub, 4-də heç-heçə edib, 2-də isə məğlub olub.

Ümumi nəticəyə görə, şahmatçımız 13 xalla beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, turnir 9 rapid və 18 blits turdan ibarətdir. Mərhələnin mükafat fondu isə 150 min ABŞ dolları təşkil edir.

Xatırladaq ki, Ş.Məmmədyarov seriyanın birinci mərhələsi "Superbet Chess Classic Romania"ın qalibi olub.

Oxşar xəbərlər

Məmmədyarov Firuzcaya qarşı - Superbet Chess Classic
Şəhriyar Məmmədyarov fransalı ilə üz-üzə gələcək - Superbet Chess Classic
Məmmədyarovun növbəti sınağı - Superbet Chess Classic
Şəhriyar Məmmədyarov üçüncü yeri tutdu
Məmmədyarov “Grand Chess Tour”da çıxış edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər