"Formula 1" ləğv oluna bilər -Karantinə görə
"Formula 1" üzrə Britaniya Qran-prisi ləğv oluna bilər.
Sportfm.az xəbər verir ki, bu, ölkəyə gələn şəxslərin məcburi karantinə alınması səbəbindən reallaşa bilər.
Böyük Britaniyanın baş naziri Boris Conson ölkəyə təyyarə ilə gələn bütün şəxslərin 14 günlük məcburi karantinə cəlb olunacaqlarını açıqlayıb.
Qərarın iyunun əvvəlində qüvvəyə minəcəyi iddia olunur.
Cari mövsüm "Formula 1"i başlamaq üçün təklif olunan plana əsasən 5 - 8 iyulda Avstriya, 19 - 23 iyulda isə Britaniya Qran-prisi keçirilməlidir. Lakin komandalar iki həftəlik məcburi karantinə məruz qalsalar, Britaniyadakı yarışa hazırlaşa bilməyəcəklər.
Yarış rəhbərliyi hökumət ilə "Formula 1" iştirakçıları üçün tədbirlərin yüngülləşdirilməsi imkanlarını müzakirə edir.
Qeyd edək ki, Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi.
Oxşar xəbərlər
Çin Qran-prisi ardıcıl üçüncü dəfə ləğv olundu - Formula 1
Azərbaycan Qran-prisi ləğv olunur - Formula 1
"Formula 1" yarışları ləğv ediləcək
Azərbaycan Qran-prisi rəsmən ləğv olunub - Formula 1
"Formula 1" üzrə daha iki Qran-pri təxirə salınacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
PFL hakim təyinatlarını açıqladı - İkinci Liqa
-
Cəfərquliyev əvəzedici heyətdə qol vurdu
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Kapitan futboldan uzaqlaşdırıldı - 1 illik
-
Azərbaycanda bu idman növü məhv olmaq üzrədir - BÖYÜK PROBLEM
-
"Qarabağ" - "Turan Tovuz" matçının hakimləri açıqlandı - Premyer Liqa















Misli Premyer Liqası