reklam
Sinqapur Formula 1-in keçirilmə vaxtını təsdiq etmədi
Sportfm.az xəbər saytı

Sinqapur Formula 1-in keçirilmə vaxtını təsdiq etmədi


Sinqapur Qran-Prisi sentyabrın 20-nə planlaşdırılıb, lakin "Liberty Media" təqvimə dəyişiklik edib. 

Sportfm.az xəbər verir ki, Sinqapur yürüşünün təşkilatçıları vəziyyətin gedişini izləyirlər və hazırda mərhələnin 2020-ci ildə keçirilməsi perspektivləri barədə qəti söz deyə bilmirlər.

Şəhər mərhələsi promouterinin nümayəndəsi bildirib: "Sinqapur Qran-Prisinin təşkilatçıları COVID-19 ilə bağlı vəziyyəti diqqətlə izləyirlər və Formula 1, Sinqapur hökuməti və səhmdarlarla açıq dialoq aparırlar. Hazırda Formula 1-in 2020-ci il mövsümünün təqviminə yenidən baxılır. Hər hansı informasiya olan kimi biz bilet alıcılarını bütün dəyişikliklər barədə məlumatlandıracağıq.

Azarkeşlərin, tamaşaçıların, iştirakçıların və əməkdaşların sağlamlığı və təhlükəsizliyi bizim başlıca prioritetlərimizdir".

Oxşar xəbərlər

Sinqapur Qran Prisi start götürdü
Sinqapur Formula 1-ə ev sahibliyi edəcək - 2028-ci ilədək
Azərbaycan Qran-prisi rəsmən ləğv olunub - Formula 1
Hemilton Sinqapur Qran-Prisinin qalibi oldu
Azərbaycan Qran-prisi nə vaxt start götürəcək? - Təqvim təsdiq olundu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər