Sinqapur Formula 1-ə ev sahibliyi edəcək -2028-ci ilədək
Formula 1 Sinqapur Qran-Prisinin təşkilatçısı “Singapore GP Ltd” şirkəti və Sinqapurun Turizm Nazirliyi ilə müqavilənin 2028-ci ilədək uzadılmasını təsdiqləyib.
Sportfm.az xəbər verir ki, bu barədə Formula 1-in rəsmi saytında məlumat verilib. Məlumatda qeyd edilib ki, təşkilatçılar növbəti illərdə ekologiyaya xüsusi diqqət yetirəcəklər. Xüsusilə, bu proses zamanı bərpa olunan enerji mənbələrinə və ekoloji cəhətdən təmiz materiallara keçid, eləcə də materialların təkrar emalının həcminin artırılması nəzərdə tutulur.
Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali “kral yürüşləri”nin Sinqapurda daha 7 il davam edəcəyindən şad olduğunu bildirib. O, qeyd edib ki, Sinqapurun təqvimdə xüsusi yeri var və şəhər yarışının təşkilatçıları ilə müqavilənin yenilənməsi Asiya qitəsində idmanı inkişaf etdirmək üçün uzunmüddətli planın bir hissəsidir.
Oxşar xəbərlər
Sinqapur Qran Prisi start götürdü
Daha 5 il "Formula 1" yarışı keçiriləcək - İspaniyada
Yarış zamanı bulvar bağlanmayacaq - Formula 1
Azərbaycan Qran prisinin tarixi təsdiqləndi - Formula 1
Sinqapur Formula 1-in keçirilmə vaxtını təsdiq etmədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası