Özü çağırıb, özü liderlik edir
Dünya çempionu Maqnus Karlsenin dəvəti ilə təşkil edilən şahmat üzrə onlayn superturnirdə üçüncü turun oyunlarına yekun vurulub.
Sportfm.az xəbər verir ki, turun son oyunlarında fransalı Maksim Vaşe-Laqrav çinli Liren Dinq, niderlandlı Aniş Giri rusiyalı Yan Nepomnyaşi ilə mübarizə aparıblar. L.Dinq M.Vaşe-Laqravı əsas 4 partiyadakı heç-heçələrin ardından “armagedon”da üstələyərək qarşlaşmadan qalib ayrılıb (3:2). Nəticədə, çinli şahmatçı hesabına 2, Fransa təmsilçisi 1 xal yazıb. Y.Nepomnyaşi isə A.Girini əsas partiyalarda 2,5:1,5 hesabı ilə üstələyib. Rusiyalı şahmatçı aktivinə daha 3 xal əlavə edib.
Ötən oyunların yekun nəticələrinə görə, M.Karlsen 8 xalla liderliyini davam etdirir. Hikaru Nakamuranın 7, L.Dinqin 6, Fabiano Karuana, M.Vaşe-Laqrav və Y.Nepomnyaşinin 5 xalı var. FIDE təmsilçisi Əlirza Firuzca və A.Giri hələ ki xalsızdırlar.
Oxşar xəbərlər
Nakamura superturnirin finalında - Onu gərgin oyun gözləyir
Superturnirdə beşinci tur start götürür
Şəhriyar Məmmədyarov heç-heçə etdi
Şəhriyar Məmmədyarovun növbəti rəqibi Fabiano Karuana olacaq
“Grand Chess Tour 2019”: Məmmədyarov Maqnus Karlsen ilə qarşılaşır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası