reklam
Şəhriyar Məmmədyarov heç-heçə etdi
Sportfm.az xəbər saytı

Şəhriyar Məmmədyarov heç-heçə etdi


Xorvatiyanın paytaxtı Zaqrebdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun da iştirak etdiyi "Grand Chess Tour 2019" seriyasının ikinci mərhələsi çərçivəsində 10-cu turun oyunları keçirilib.

Sportfm.az xəbər verir ki, Ş.Məmmədyarovun amerikalı Fabiano Karuana ilə görüşü heç-heçə başa çatıb.

Turun digər oyunlarında da bərabərlik qeydə alınıb. Amerikalı Uesli So norveçli dünya çempionu Maqnus Karlsen, fransalı Maksim Vaşe-Laqrav rusiyalı Yan Nepomnyaşi, çinli Dinq Liren ermənistanlı Levon Aronyan, hollandiyalı Aniş Giri amerikalı Hikaru Nakamura, sabiq dünya çempionu hindistanlı Vişvanatan Anand rusiyalı Sergey Karyakin ilə "sülh" bağlayıb.

Beləliklə, 10 turdan sonra şahmatçımızın aktivində 4 xal var. M.Karlsen 7 xalla liderliyini davam etdirir. U.So 6,5, F.Karuana, L.Aronyan, Y.Nepomnyaşi 5,5, D.Liren 5, S.Karyakin, M.Vaşe Laqrav, A.Giri 4,5, V.Anand 4, H.Nakamura 3 xal toplayıblar.

Oxşar xəbərlər

Məmmədyarov "Grand Chess Tour"da liderlə qarşılaşacaq
"Şah" rusiyalını ABŞ-da mat etməyə çalışacaq
Şəhriyar Məmmədyarovun növbəti rəqibi Fabiano Karuana olacaq
“Grand Chess Tour 2019”: Məmmədyarov Maqnus Karlsen ilə qarşılaşır
Karuana Stavanqerdə "ən ağıllı" oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər